Türkiyədə 20 İŞİD üzvü saxlanıldı - Hamısı əcnəbi

28 Oktyabr 2019 14:21

Ankarada polis İŞİD terror təşkilatına qarşı növbəti dəfə xüsusi əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində təşkilatın 20 xarici üzvü saxlanılıb.

Onları İraq və Suriya ərazisində silahlı dəstələrin tərkibində fəaliyyət göstərdikləri məlum olub.

Saxlananların vətəndaşlıqları açıqlanmır.

Milli.Az