İŞİD-in yeni liderinin adı açıqlandı - YENİLƏNİB

28 Oktyabr 2019 11:20

11:20

Dünən öldürüldüyü məlum olan İŞİD terror təşkilatının lideri Əbubəkrəl-Bağdadiyə əvəz tapılıb. 

"Newsweek" portalının məlumatına görə, əl-Bağdadinin ölümündən sonra terrorçular Abdullah Qardaşı özlərinə lider təyin ediblər. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, Hacı Abdullah əl-Afari ləqəbi ilə tanınan türkmən əsilli Abdullah Qardaş Bağdadinin sağlığında İŞİD liderinin din məsələləri üzrə köməkçisi olub. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp verdiyi açıqlamada Bağdadinin İdlibin Barişa kəndində keçirilən əməliyyat zamanı tuneldə sıxışdırıldığı, bundan sonra iki arvadı və üç uşağı ilə birlikdə özünü partlatdığını açıqlayıb. 

----------
09:44

İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin dünən öldürülməsi xəbərinin ardınca terror təşkilatının yeni liderinin təyin olunduğu barədə məlumat yayılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Newsweek" saytı həmin şəxsin əl-Bağdadinin dini işlər üzrə köməkçisi Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaşın olacağı ilə bağlı xəbər verib. 

Qeyd edək ki, əl-Bağdadinin öldürülməsi xəbərini ABŞ prezidenti Donald Tramp elan etdikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "Twitter" hesabından "terrora qarşı apardığımız birgə mübarizəmizin dönüş nöqtəsinə çatdıq, Türkiyə bundan öncə olduğu kimi, bundan sonra da terrorla mübarizəyə davam edəcək", - meajını paylaşıb. 

Əl-Bağdadinin öldürülməsində ABŞ Rusiyaya, Türkiyəyə, Suriyaya, İraqa və suriyalı kürdlərə təşəkkür edib.

Suriyanın İdlib vilayətindəki bu ortaq əməliyyata 8 helikopterin cəlb edildiyi bildirilir.

Milli.Az