Məxfi peyklər Yer kürəsinin orbitində - ABŞ sirləri ilə bölüşdü

28 Oktyabr 2019 09:35

ABŞ Yer kürəsinin orbitinə məxfi peyklər çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın HHQ-nin rəsmisi Rendi Valden bildirib.

Yerə qayıdan X-37B kiçik ölçülü şatlın missiyası haqqında danışan R.Valden onun 2017-ci ildə kosmosa məxfi peyklər çıxardığını bəyan edib.

Əvvəllər bu peyklər barədə heç bir məlumat verilməyib və onlar süni kosmik obyektlər siyahısında qeydə alınmayıb.  

Milli.Az