“Reuters”: “əl-Bağdadinin cəsədini ABŞ xüsusi təyinatlıları aparıb...”

27 Oktyabr 2019 18:16

İŞİD başçısı Əbu Bəkr əl-Bağdadinin cəsədini ABŞ xüsusi təyinatlıları onun öldürülməsi üçün keçirilən əməliyyat zonasından özləri ilə aparıb.

Milli.Az-ın məlumatına görə, Virtualaz.org "Reuters"ə istinadən xəbər verir ki, bu haqda cihadçı qruplaşmadan mənbə bildirib.

Qeyd olunur ki, xüsusi əməliyyat keçirilən yerdə daha 6 cəsəd olub - üç qadın və üç kişi. Cihadçı agentliyə bildirib ki, əl-Bağdadinin cəsədini ABŞ xüsusi təyinatlıları vertolyotla aparıblar.

Yaxın dəqiqələrdə ABŞ prezidenti Donald Trampın əl-Bağdadinin məhv edilməsi əməliyyatı barədə xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir.

Milli.Az