Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparıldı - FOTO

27 Oktyabr 2019 13:07

Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat verib.

"Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz üçün, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəyəm İnşallah. Dua edin", - idmançı İnstaqramda qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl qafqazinfo-ya açıqlama verən Mamayev buna qədər belə problemlə üzləşmədiyini və böyrək köçürülməsinə ehtiyac olmayacağını demişdi.

Milli.Az