Azərbaycan millisinə «Qalatasaray» zərbəsi»
14 Aprel 2010 21:40
Avropa çempionatının elit-raundunda mübarizə aparan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Fanat.az xəbər verir ki, yığmamız Türkiyə millisi ilə qarşılaşıb.
Hesab 55-ci dəqiqədə açılıb. Qara Qarayev İsmayıl Haktan Odabaşını yıxıb və hakim penalti təyin edib. Topa yaxınlaşan "Qalatasaray"ın gənc ulduzu Emre Çolakın zərbəsi dəqiq olub - 1:0. İki dəqiqə sonra Emre Çolak ikinci qolu millimizin qapısına vurub - 2:0. Bu azmış kimi 70-ci diqiqədə yığmamız azlıqda qalıb. Belə ki, Tərlan Quliyev hər iki qolun müəllifi Emre Çolaka qarşı kobud oynayıb və meydandan qovulub.
Eskişəhərdəki "Atatürk" stadionunda baş tutan oyun bu hesabla başa çatıb.
/Fanat.az/