Argentinada prezident və parlament seçkiləri keçiriləcək

27 Oktyabr 2019 09:55

Bu gün Argentinada prezident və parlament seçkiləri keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət başçısı ilə yanaşı ölkə vətəndaşları 130 deputatı və Konqresin 24 senatorunu seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq və 18: 00-a qədər fəaliyyət göstərəcək. Səsvermə 16 yaşdan yuxarı bütün Argentina vətəndaşları üçün məcburidir.

İlkin nəticələr axşam açıqlanacaq.

Milli.Az