Putin Makronla Soçidə Ərdoğanla danışıqların məzmunu haqqında danışdı

27 Oktyabr 2019 09:11

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı V.Putin ona 22 oktyabrda Soçidə Rusiya-Türkiyə danışıqlarının məzmunu haqqında ətraflı məlumat verib.

Bildirilir ki, Emmanuel Macron Rusiya və Türkiyənin əldə etdiyi razılaşmaları yüksək qiymətləndirib:

"Bu görüşdə razılaşdırılmış anlaşma memorandumunda qeyd olunan qərarların bütün tərəflərin maraqları nəzərə alındığı və Suriyanın suverenliyi və ərazi bütövlüyünün bərpasına töhfə verdiyi vurğulanır".

Milli.Az