Erməni piratçılığına dair internet saytı
14 Aprel 2010 20:18
Təşkilatdan Milli.Az-a verilən məlumata görə, xalqımıza məxsus əqli mülkiyyətin işğalı, azərbaycanlıların müəllif hüquqlarına təcavüz Ermənistan-Azərbaycan münaqişəsində düşmənin əsas planlarından biri olub.
"Birbaşa intellektual piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus nümunələr erməni mədəni mülkiyyəti adı altında dünyaya yayılır. Bütün bunlara qarşı geniş cəbhədə mübarizə aparmaq və erməni plagiatlığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olduqca vacib məsələsir. Bu iş təkcə dövlət qurumlarımızın üzərinə düşməməli, vətəndaş cəmiyyətinin qurucuları da fəal olmalıdırlar.",- deyə təşkilat bəyan edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində erməni oğurluqlarına dair faktlar tolanaraq ingilis dilinə tərcümə olnacaq və onların beynəlxalq aləmə çatdırılması üçün Azərbaycan və ingilis dillərində internet saytı yaradılacaq.
Milli.Az