Qozlu, şokoladlı xurmanın hazırlanması - Usta öz sirlərini açır - VİDEO

26 Oktyabr 2019 15:30

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Tərkibi:
500 qram xurma, 50-60 qram qoz, 30 qram kərə yağı, 2,5 bağlama şokolad.

Hazırlanma qaydası:
Qozları qovururuq və yarısını ovuruq. Ovduğumuz qozu bal ilə qatırıq. Xurmaların içinə yerləşəcək ölçüdə uzunsov formada düzəldirik. Sonra xurmaların içərisinə əlavə edirik. Xurmaların yarısına isə qovurulmuş bütöv qoz qoyuruq.

Bir qaba tünd qara şokoladları və kərə yağını əlavə edib ocaqda əridirik. Şokolad yaxşıca əridikdən sonra xurmaları şokoladın içinə əlavə edib, əvvəlcədən soyuducuda saxladığımız siniyə yerləşdiririk. Daha sonra soyuducuya qoyub 30 dəqiqə dondururuq. Hazır olan şokoladlı xurmanı süfrəyə servis edirik.

Nuş olsun!

Milli.Az