Azərbaycan Beynəlxalq Bankı yeni biznes-plan tətbiq edəcək

25 Oktyabr 2019 16:04

"Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni biznes-plan hazırlayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmovun sözlərinə görə, ABB üçün yeni investisiya biznes-modelini xarici konsaltinq şirkəti hzırlayıb.

Sədr deyib: "Mən ümid edirəm ki, ABB ölkənin bank bazarında layiqli yerini tutacaq".

Milli.Az