Azərbaycan və Gürcüstan rəqəmli teleyayımı razılaşdırır
14 Aprel 2010 19:41
Milli.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, burada onlar yerli mütəxəssislərlə iki ölkənin rəqəmli teleradio yayımı üçün tezliklərin razılaşdırılması və əlaqələndirilməsinə həsr olunmuş ikitərəfli görüş keçirir.
Görüşdə həmçinin sərhədyanı ərazilərdə birgə radiomonitorinq işlərinin aparılması müzakirə olunacaq.
Nümayəndə heyətinin Gürcüstana səfəri aprelin 16-dək davam edəcək.
Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə əsasən bütün ölkələr 2015-ci ildən gec olmamaqla rəqəmli teleradio yayıma keçməlidir. Azərbaycan öz ərazisində yeni formatı 2013-cü ilə kimi tətbiq etməyi planlaşdırır.
Milli.Az