Suriyada terrorçular hücuma keçdi - 3 ölü, 10 yaralı

23 Oktyabr 2019 20:59

Rusiya-Türkiyə arasında imzalanmış memoranduma əsasən Suriyanın şimalını tərk etməsi üçün YPG terror təşkilatına verilmiş 150 saatlıq müddət başladıqdan dərhal sonra terrorçular hücuma keçib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Suriyanın Tel Abyad şəhərinin cənub-qərbində partalyıcı yüklənmiş avtomobil partladılıb. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Milli.Az