“Gecələr maşın yuyurdum” - Əməkdar artist çətin günlərindən DANIŞDI - VİDEO - FOTO

23 Oktyabr 2019 19:14

Əməkdar artist Vahid Əliyev ARB TV-nin "Elgizlə İzlə" verilişində qonaq olub.

Milli.Az xəbər verir ki, aktyor maddi çətinlik çəkdiyi zamanlardan danışıb:

"1990-cı illər idi. Aylarla maaş verilmirdi. Aktyor kimi də tanınırdım. Övladlarımın xatrinə həftədə iki dəfə gecələr maşın yuyurdum. Səhər də bazara gedirdim. Ona görə də övladlarım heç vaxt mənə artıq-əskik söz deməzlər, çünki bilirlər ki, burunlarından gələr".

Milli.Az