Namaz əməllərində hər hansı dəyişiklik etmək icazəli deyi və qəsdən dəyişiklik edərək qılınan namaz batil hökmündədir. Namazların qılınma şəkli Peyğəmbərin (s) qıldığı qaydadadır. Bu qayda sünni məzhəbində səhabələr, şiə məzhəbində isə Əhli-beyt imamları tərəfindən nəql edilib və günümüzə kimi gəlib-çatıb. Bütün məzhəblərə görə, namazın təşəhhüd hissəsində salavat oxunur. Cəfəri, şafii və hənbəli məzhəblərinə görə, namazın təşəhhüdündə salavat söyləmək fərz, hənəfi və maliki məzhəblərinə görə isə, sünnətdir. (Məzhəblərə görə, salavatın deyiliş qaydasında müəyyən fərqlər vardır). Hətta şafii məzhəbinin banisi İmam Şafii salavatsız namazın batil olduğuna fətva vermişdir. O, şeirlərinin birində də buna işarə etmişdir.
Həzrət Mühəmməd Peyğəmbərin (s) özünün bu barədə belə buyurduğu rəvayət edilib: "Hər kim namaz qılsa, amma mənə və Əhli-beytimə salavat söyləməsə, namazı qəbul olunmaz" (Sünənü Darqutni, 2-ci cild, səh. 171, 1343-cü hədis).
Milli.Az