Aprelin 15-nə olan hava proqnozu
15 Aprel 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə saatlarında bəzi yerlərdə yağış yağacağı, gün ərzində isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 11-14 dərəcə isti təşkil edəcək.
Milli.Az