Azərbaycan güləşçisi erməniyə gözünü açmağa imkan vermədi

23 Oktyabr 2019 15:56

Çinin Uhan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycan bu gün üçüncü medalını qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mikayıl Rəhmanov (-67 kq) bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant Xaçatryanla üz-üzə gəlib.

Yunan-Roma güləşi üzrə idmançımız Ermənistan idmançısıyla prinsipial görüşdən 5:0 hesabıyla qalib ayrılaraq Dünya Oyunlarında III yeri tutub.

Milli.Az