Ermənistanda “Rusiya Dəmir Yolları”nın maşinistləri tətil edirlər

23 Oktyabr 2019 19:19

Ermənistanın Gümrü şəhərində ölkənin dəmir yollarını idarə edən "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin maşinistləri tətil edirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, maşinistlər əmək haqlarının 30 faiz artırılmasını tələb edirlər.

Tətil nəticəsində Gümrüdən Yerevana hərəkət edən elektrik qatarları reysə çıxmayıb.

Şirkət tətillə bağlı münasibət bildirməyib.

Qeyd edək ki, "Cənubi Qafqaz Dəmir Yolları" QSC "Rusiya Dəmir Yolları" şirkətinin 100 faizlik törəmə şirkətidir və Ermənistanda dəmir yollarının idarəsi ilə məşğul olur.

Milli.Az