Baş nazirə yeni köməkçi təyin edildi

23 Oktyabr 2019 13:01

Baş nazir Əli Əsədov özünə yeni köməkçi təyin edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun əmri ilə Ələsgər Ələsgərov Azərbaycan Respublikası Baş nazirinin köməkçisi vəzifəsinə təyin edilib.

Məlumatı Nazirlər Kabinetinin Mətbuat xidməti təsdiqləyib.

Milli.Az