7 yaşlı məktəbli oğlan itkin düşdü

23 Oktyabr 2019 12:07

Gəncə şəhərində orta məktəb şagirdi itkin düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Əli Allahyarov oktyabrın 22-də yaşadığı Gəncə şəhəri, Mahrasa Bağı, ev 21-dən məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Ə.Allahyarov Gəncə şəhər 16 saylı tam orta məktəbin 2-ci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az