İsrailin pilotsuz uçuş aparatı Livanda düşdü

23 Oktyabr 2019 12:45

İsrailə məxsus pilotsuz uçuş aparatı Livan ərazinə düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, xəbəri İsrail Müdafiə Nazirliyi verib.

Məlumatda qeyd edilir ki, pilotsuz uçuş aparatı sərhədlərə nəzarət məqsədilə aparılan əməliyyat zamanı düşüb. Aparatın düşdüyü ərazi Livan-İsrail sərhədində, Livan ərazisi tərəf qeyd edilir.

Pilotsuz uçuş aparatının hansı səbəbdən düşməsi isə bildirilmir.

Milli.Az