Gəncədə 15 yaşlı yeniyetmənin qətlinin TƏFƏRRÜATLARI məlum oldu - YENİLƏNİB

23 Oktyabr 2019 13:18

13:18

Gəncə şəhərində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Gəncə şəhəri, Təbriz küçəsi, "Xan Çinar" restoranının qarşısında baş verib.

Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elgün Rövşən oğlu 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı E.Məmmədov bıçaqla Ə.Verdiyevi ürəyindən bıçaqlaıb.

Bundan başqa, E.Məmmədov hadisə yerində mübahisəni sakitləşdirmək istəyən Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Həsənov Əlmuraz Fuad oğlunu da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılsa da, Ə.Verdiyev orada ölüb.

Hadisə yerindən qaçan E.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

----------
09:39

Gəncədə bıçaqlanma olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir. 17 yaşlı oğlanın mübahisə zəminində şəhərin" Bağmanlar" adlanan ərazisində bıçaqlandığı bildirilir.

Yaralı xəstəxanada dünyasını dəyişib. Araşdıma zamanı məlum olub ki, Əzim Verdiyevi qohumu bıçaqlayıb. O, yeniyetməyə ürəyindən zərbə endirib. İnsidentin səbəbi bilinmir. 

Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxsin kimliyi məlum olub. 

2002-ci il təvəllüdlü Əzim Verdiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən həmyaşıdı Məmmədov Elgün Rövşən oğlu saxlanılıb. 10-cu sinif şagirdi cinayəti etiraf edib. 

O, ilkin ifadəsində bildirib ki, qətlə yetirdiyi şəxs çayxanada onun əmisi oğlunu vurmaq istəyib. Bu da əmisi oğlunu mühafizə etmək üçün Ə.Verdiyevi bıçaqlayıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. 

Milli.Az