Akif Əlizadə istefa verdi

23 Oktyabr 2019 09:03

Oktyabrın 21-də Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.  

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək.  

Fövqəladə toplantı oktyabrın 23-də, saat 11:00-a təyin olunub.  

Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var. 

Milli.Az