35 yaşlı kişi atdan yıxılıb öldü

23 Oktyabr 2019 09:21

Bərdə rayon sakini atdan yıxılıb ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Samux kəndi ərazisində baş verib.

Rayonun Cəyirli kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Əlizamin Çingiz oğlu Samux kəndində at sürərkən yıxılıb.

Ə.Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az