Tusk "Brexit"-in uzadılmasını tövsiyə edəcəyini söylədi

23 Oktyabr 2019 08:40

Avropa Şurasının prezidenti Donald Tusk, Baş nazir Boris Jonsonun "Brexit" sazişini təxirə salmasına dair qərarından sonra, Avropa Birliyinə üzv olan 27 ölkəyə Britaniyanın ayrılma tarixinin təxirə salınmasını təsdiqləməyi tövsiyə edəcəyini söyləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tusk bu barədə "Twitter" səhifəsində bildirib: "Boris Jonsonun geri çəkilmə razılaşmasının təsdiqlənməsi prosesini dayandırmasına dair qərarından sonra və "Brexit" müqaviləsinə bağlanmamaq üçün Avropa İttifagın 27 ölkəsindən Böyük Britaniyanın "Brexit" müqaviləsinin uzadılması tələbini qəbul etməsini tövsiyə edirəm".

Milli.Az