İnternet yeniyetmə qızı seks-ulduza çevirdi - FOTO

12 Noyabr 2011 15:21
4 il əvvəl kimsə Encinin "Photobucket" fotohostinq servisindəki akkauntunu sındırmış və qızın sadəcə, istədiyi oğlan üçün nəzərdə tutduğu fotoşəkilləri götürmüşdü.

İndi həmin fotolar internetdə dolaşmağa başlayıb.
18 yaşlı Encinin dediyinə görə, həyatı cəhənnəmə çevrilib.

Qız onun fotolarını yerləşdirən saytlarla mübarizə aparmağa çalışsa da, sonda təslim olub. Depressiyaya düşən Enci narkotik maddələr qəbuluna başlayıb, hətta intihar etməyə çalışıb.
Sinif yoldaşları və kişi müəllimləri sataşdığı üçün Enci iki dəfə məktəbi də dəyişib.

Hazırda "Google" axtarış servisində "Angie Verona" yazıb axtarışa başlayanda təxminən 70 min fotoşəkil çıxır. Üstəlik, "Facebook", "Twitter" və "YouTube"da guya Enciyə məxsus olan çoxsaylı akkauntlar peyda olub.

"Adamlar mənə yazırlar ki, başıma gələnlərə layiqəm, fotolarımı görəndə məni zorlamaq istəyirlər, çünki özüm bunu istəyirəm... Kimsə ünvanımı öyrənib və məni hədələməyə başlayıb", - Enci deyir.

Encinin valideynləri Federal Təhqiqat Bürosuna Müraciət edəndə isə onlara yardım göstərilməyəcəyi bildirilib. Sən demə, Encinin yayılmış fotoşəkilləri "uşaq erotikası" sayılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.