Ərdoğan: "ABŞ-ın verdiyi vədlər..."

23 Oktyabr 2019 08:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankara və Vaşinqton arasındakı Suriyadakı "Sülh mənbəyi" əməliyyatının dayandırılması ilə bağlı razılaşmaların hamısının yerinə yetirilmədiyini söyləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan bununla bağlı bunları deyib: "ABŞ-ın verdiyi vədlər tam yerinə yetirilmədi. Nəticələri qəbul edəcəyiq və bununla bağlı lazımlı addımları atacağıq. Güzəşt etsək, terrorçulara yol aça bilərik".

Milli.Az