XXI əsrin ən yaxşı futbolçusu seçildi

23 Oktyabr 2019 08:16

Britaniyanın "The Independent" nəşri XXI əsrin ən yaxşı futbolçularının siyahısını açıqlayıb. Milli.Az matc.az-a istinadən bildirir ki, İspaniyanın "Barselona" klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi XXI əsrin ən yaxşı oyunçusu elan olunub. 

O, Portuqaliya yığmasının və İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristianu Ronaldunu qabaqlayıb. İlk üçlüyü isə artıq karyerasını başa vurmuş Xavi Ernanes qapayıb. 
Qeyd edək ki, siyahı "The Independent" nəşrinin əməkdaşları tərəfindən hazırlanıb:
 
XXI əsrin ən yaxşı 10 oyunçusu isə bunlar seçilib:
 
1. Lionel Messi
2. Kristianu Ronaldu
3. Xavi Ernanes
4. Ronaldinyo
5. Andres İnyesta
6. Ronaldo
7. Tyerri Anri
8. Zinədin Zidan
9. Kaka
10. Fabio Kannavaro

Milli.Az