"Twitter"in işində nasazlıqlar yaranıb

23 Oktyabr 2019 08:09

Dünyanın bir sıra ölkələrində "Twitter" mikrobloq xidmətinin işində çərşənbə axşamı fasilələr yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Downdetector" portalı yazıb.

Məlumata əsasən, dünyanın bir sıra ölkələri bu problemlə qarşılaşıb.

İstifadəçilərin əksəriyyəti sosial şəbəkə saytına daxil ola bilmir (49%). 32% iPhone və ya iPad üçün tətbiqində, digər 18% Android üçün tətbiqində problemlərlə qarşılaşıb.

Milli.Az