"Çelsi" Amsterdama itkilərlə getdi

22 Oktyabr 2019 21:19

"Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Ayaks"la oyuna ciddi itkilərlə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçiləri Nqolo Kante və Ross Barkli qarşıdakı oyunu buraxacaq.

Bir müddətdir zədədən əziyyət çəkən futbolçular formada deyillər. Buna görə də məşqçilər korpusu onları səfər matçına aparmayıb.

Qeyd edək ki, sabah Amsterdamda keçiriləcək "Ayaks" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Milli.Az