Kıvançla Beren yenidən tərəf müqabili ola bilər

22 Oktyabr 2019 20:11

"Aşk-ı Memnu" serialı ilə məşhurlaşan aktyor Kıvanç Tatlıtuğ ilə aktrisa Beren Saat yenidən eyni ekran işində tərəf müqabili ola bilər.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən serialın senaristi Ece Yörənc deyib.

"Hazırda əlimdə Kıvançla Berenin baş rol ifa edəcəyi bir senari var" deyə, Yörənc bildirib.

Milli.Az