"Qarabağ" - APOEL oyununa nə qədər bilet satılıb?

22 Oktyabr 2019 19:09

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - APOEL oyununa bilet satışı davam edir.

Milli.Az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki,  artıq 25 min bilet satılıb.  Oktyabrın 17-dən satışa çıxarılan biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 20, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

Milli.Az