“3 dəfə dayanmadan üzümə sillə vurdu” - Zümrüd Qasımova - VİDEO - FOTO

22 Oktyabr 2019 16:19

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi aktrisa Zümrüd Qasımova olub.

Milli.Az xəbər verir ki, aktrisa illər öncə başına gələn xoşagəlməz hadisədən danışıb:

"İllər öncə bir aktrisa ilə seriala çəkilirdik. Adını çəkməyəcəyəm. O zaman mənim 22 yaşım var idi. O xanımın da hal-hazırda kifayət qədər yaşı var. Həmin xanım mənə sillə vurmalı idi. Sillə vurmağın texnikası var. Bu xanım  3 dəfə üzümə möhkəm sillə vurdu. Ona dedim ki, heyfinizi çıxırsınız məndən? Ayıb olsun sizə. Kim mənə nə edir, nə arzulayırsa onun min qatını ona diləyirəm".

Milli.Az