Bakıda əcnəbi vətəndaş küçədə öldü

22 Oktyabr 2019 14:49

Bakıda yaşlı kişi küçədə dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Dərnəgül qəsəbəsində baş verib.

Bakının Səbail rayon sakini, 1945-ci il təvəllüdlü Maxaradze Qeorqiy Davidoviç Dərnəgül qəsəbəsi 320 ünvanının qarşısında qəfil ölüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları ilkin olaraq onun ürək tutmasından dünyasını dəyişdiyini müəyyən edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az