Elcan “Ər və arvad”dan getdi

22 Oktyabr 2019 14:09

Tanınmış aparıcı Elcan Rəsulov ATV kanalında yayımlanan "Ər və arvad" serialı ilə yollarını ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin baş qəhrəmanı bu barədə instaqram səhifəsində məlumat verib.

O, daha ekran işində yer almayacağını qeyd edib: "Elcan daha oralarda olmayacaq. Mənim üçün bu iş buralarda bitir. Uzun- uzadı yazmayacam. Bitdi, bu qədər".

Qeyd edək ki, serial 2016-ci ildən bugünə qədər həftədə iki dəfə yayımlanır. "Ər və arvad"ın digər baş qəhrəmanı Kəmalə Piriyevadır.

Milli.Az