Bitki çayları faydalıdırmı? - MARAQLI FAKTLAR

23 Oktyabr 2019 07:35

Bitki çaylarının şəfalı tərəflərindən başqa ziyanlıarı var.

Milli.Az bitkilər haqqında maraqlı məlumatları araşdıraraq təqdim edir.

Bəzən artıq içilən bitki çayları şəfa əvəzinə insan orqanizmi üçün böyük təhlükə yarada bilər.

Məsələn adaçayını çox içmək ürəkdə döyüntü, miqren yaradarkən, çobanyastığı çayını çox içmək allergiya yarada bilər.

Havalar soyuduqca bitki çaylarına təlabat artır.

Belə ki, xroniki xəstəliyi olanlar, hamilə qadınlar, süd verən analar həkim məsləhəti olmadan bu çaylardan istifadə etməməlidirlər. 

6 aylığına qədər körpələrə həkim nəzarəti ilə bitki çayları içirtmək olar. 

Bəzi bitki çayları dərmanların tərkibinə birbaşa təsir edə bilir. 

Qışda razyana, nanə, adaçayı, xətmi, yaşıl çay, quşburnu, zəncəfil, zəfəran çaylarını dəmləyib içmək olar.
Bu çaylar immunteti artırır, bədənimizi bakteriyaların təsirindən qoruyaraq, xəstələnməyimizin qarşısını alır.

Bitki çaylarının gündəlik istifadəsi hər bitkiyə görə dəyişir. 

Qara çay əvəzinə mate ya da yaşıl çay içmək daha faydalıdır. (ölkə.az)

Milli.Az