Rus sevgilisinə komplimenti: Sən mənim yağlı donuzumsan

23 Oktyabr 2019 03:30

"Spartak"ın sabiq futbolçusu, braziliyalı Ze Luiş rus həyat yoldaşı ilə sərt zarafat edib.

Milli.Az kaspi.az-a istinadən bildirir ki, hazırda "Portu"da çıxış edən Ze Luiş "instaqram"da həyat yoldaşının videosunu paylaşıb. O, Alesiyanı şokolad yediyi yerdə çəkib. Onların dialoqu belə alınıb: 

- Alesiya: Çox dadlıdır. 
- Ze Luiş: Dadlıdır? Bəs onda sən niyə ağlayırsan? 
- Alesiya: Ona görə ki, bu, dadlı və yağlıdır. 
- Ze Luiş: Ciddisən? Ağlayırsan və sadəcə yeyirsən? Sən mənim yağlı donuzumsan. 

Milli.Az