"Səs uşaqlar"ın münsifləri bəlli oldu

22 Oktyabr 2019 09:24

İTV-də yayımlanan "Səs uşaqlar" yarışmasının jüri heyəti bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, münsif kürsüsündə Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Murad Arif və Çingiz Mustafayev əyləşəcək.

Səs yarışması yaxın həftələrdə start götürəcək.

Milli.Az