Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

21 Oktyabr 2019 21:40

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 538.0 mln. manat olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Milli.Az