4 nəfərə qarşı dələduzluq edən şəxs tutulub

21 Oktyabr 2019 21:35

Saatlıda 4 nəfərə qarşı dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulmuş N.Ağayevin ətrafında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2018-ci ilin avqust ayından cari ilin mart ayınadək olan müddətdə Saatlı rayon sakinləri olan daha 4 nəfəri aldadıb onlardan ümumilikdə 8700 manat alması da müəyyən edilib.

Milli.Az