Alişan arvadına bahalı maşın aldı - FOTO

21 Oktyabr 2019 21:14

Türkiyəli müğənni Alişan xanımı, aktrisa Buse Varola bahalı avtomobil bağışlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Jaguar" markalı maşının qiyməti 600 min lirədir. Avtomobilin qeydiyyat nişanı da cütlüyün və oğulları Burakın adına uyğun seçilib.

Qeyd edək ki, bu, Alişanın xanımına ilk bahalı hədiyyəsi deyil. Müğənni oğlunun doğulması münasibətilə də bu ilin fevralında Buseyə "BMW" markalı avtomobil almışdı.

Milli.Az