Bu ölkədə təyyarə avtomobillərin üzərinə düşdü - Ölənlər var

21 Oktyabr 2019 19:29

Braziliyanın cənub-şərqindəki Belu Orizonti şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Daha 3 nəfərin isə xəsarət aldığı deyilir.

Təyyarə küçədə park etmiş avtomobillərin üstünə düşüb. Nəticədə ərazidə yanğın başlayıb.

Yanğının qarşısının alınması üçün 4 yanğınsöndürmə briqadası cəlb olunub.

Milli.Az