Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

21 Oktyabr 2019 15:14

Biz ayrı-seçkilik etmədən zalıma zalım, terrorçuya terrorçu, haqsızlığa haqsızlıq, zülmə zülm deməyə davam edəcəyik.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "TRT World Forum"unda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.

"Qərb terrorçuların yanında yer aldı. Bəs siz terrorizmə, terrora qarşı idiniz?", - Türkiyə Prezidenti vurğulayıb.

Sabah Rusiyaya səfər edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəklər.

Milli.Az