Gəncədə 5 mərtəbəli yaşayış binasında yanğın olub

21 Oktyabr 2019 17:29

Gəncədə 5 mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin mətbəxində hava təmizləyici qurğu və əşyalar 3 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az