Maqnit qasırğası olacaq

21 Oktyabr 2019 10:27

Noyabr ayında meteoroloji həssas insanlar maqnit qasırğasının təsirini hiss edəcək.

Belə ki, verilən proqnoza görə, noyabr ayında güclü maqniz qasırğası gözlənilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Günəşin X-ray Astronomiya Laboratoriyası 21 oktyabrda Yerin maqnitosferində son dərəcə təhlükəli qasırğa olacağı bildirilib. Lakin mütəxəssislər artıq bu hadisənin noyabr ayında gözləniləcəyini söyləyib.

Bununla yanaşı, 24-25 oktyabr tarixlərində də zəif də olsa, maqnit qasırğası olacağına dair xəbərdarlıq edilir.

Milli.Az