"Gündə 3 qızla yatıram" deyən müğənni evlənən kimi sözlərini dandı - FOTO

21 Oktyabr 2019 11:26

Britaniyanın tanınmış bəstəkarı və müğənnisi Mik Haknall (Mick Hucknall  bir zamanlar qalmaqal yaradan sözlərini danıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 2010-cu ildə "The Guardian" nəşrinə "Bu vaxta qədər 3000 qadını yatağıma salmışam", - deyə açıqlama verən ifaçı dediyi sözləri təkzib edib.

59 yaşlı müğənni son günlərdə açıqlama yayaraq yatdığı qızları saymadığını, elə bir şeyin olmadığını dilə gətirib.

1980-cı illərin pop ulduzu "Sunday Times" ilə müsahibəsində bildirib ki, gənc yaşlarında gecəni səhərə qədər klublarda keçirib.

"Mən xəyallarda yaşayırdım və çox məşhur olmaq istəyirdim. İndi başa düşürəm ki, xeyli yaxşı qızı incitmişəm".

Qeyd edək ki, Mik 2010-cu ildə  Gabriella Wesberry ilə ailə qurub.

İsmayıl
Milli.Az