İnnovasiya uçotu necə işləyir: üç öyrənmə mərhələsi

22 Oktyabr 2019 23:10

İnnovasiya uçotu üç mərhələli şəkildə işləyir:birincisi, şirkətin hazırda harda olduğu haqqında həqiqi datalar əldə etmək üçün minimal həyat qabiliyyətli məhsuldan istifadə edin. Cari statusunuzun aydın göründüyü mənzərə olmadan, - hədəfinizdən nə qədər uzaq olsanız da, - inkişaf etməyə başlamağınız mümkün olmayacaq.

Milli.Az techland.az-a istinadən bildirir ki, ikincisi, startaplar mühərriki ilkin vəziyyətdən ideala doğru sazlamağa çalışmalıdır. Bunun üçün çox çalışmaq lazım gələ bilər. Startap onu ilkin vəziyyətdən ideala gətirib çatdıran bütün mikrodəyişiklikləri və məhsul optimizasiyalarını reallaşdırandan sonra, şirkət qərar nöqtəsinə gəlib çatır - bu, üçüncü mərhələdir: yönü dəyişdirmək, yoxsa qorumaq.

Əgər şirkət ideala doğru yaxşı irəliləyişə nail olursa, bu o deməkdir ki, şirkət lazımınca öyrənir və bu öyrənmədən effektiv istifadə edir. Yəni davam etmək məntiqli görünür. Əgər belə deyilsə, menecment komandası əvvəl-axır cari məhsul strategiyalarının qüsurlu olduğunu üzə çıxarmalı və ciddi dəyişiklik aparmalıdır. Şirkət yön dəyişdirəndə prosesə əvvəldən başlayır: ilkin vəziyyətini yenidən müəyyənləşdirir, sonra mühərriki oradan sazlamağa başlayır. Uğurlu yön dəyişdirmənin göstəricisi mühərrik sazlama işlərinin əvvəlkinə nisbətdə məhsuldar nəticələr verməsidir.

Milli.Az