Üzünün robotlarda istifadə edilməsinə icazə verən şəxsə 128 min dollar veriləcək

22 Oktyabr 2019 23:15

Üzünüzdən 128 000 dollar qarşılığında robotda istifadə edilməsinə icazə verərdinizmi? Adı açıqlanmayan bir şirkət robotlarında istifadə ediləcək üz üçün namizəd axtarır. Üzü robotlarda istifadə ediləcək insana şirkət 128 000 dollar ödəyəcək.

Milli.Az techland.az-a istinadən bildirir ki, adı açıqlanmayan bir şirkət onun inkişaf etdirdiyi robotlarda istifadə ediləcək şəxsə 128.000 dollar (təxminən 217 600 manat) ödəyəcək. Şirkət, bu üzü yaşlı insanlar üçün "virtual dost" kimi xidmət edəcək insanoid robotlarda istifadə etmək istəyir.Buna görə də şirkət "nəzakətli və gülərüz üzlü" birini tapmaq istəyir. Adı açıqlanmayan şirkət 5 ildir bu layihə üzərində işləyir. Təkmilləşdirilmələr davam edərkən şirkət, gələn il "dünyada robotların potensial minlərlə versiyasını" istehsal etmək məqsədilə yaratmağa hazırlaşır.

Robot layihəsi üçün axtarılan üz forması elanında başqa məlumat yoxdur. Elan vasitəçi bir şirkət tərəfindən paylaşılı. Müraciət edənlər bu mərhələdə şirkətin və ya dizaynerin adını bilməyəcəklər. Layihənin inkişafına kömək edən London mərkəzli Geomiq mühəndislik firması, layihənin növbəti mərhələsi üçün daha çox məlumat verəcəklərini söylədi.

Milli.Az