Sabirabadda piyadanı vurub öldürən sürücü axtarılır

20 Oktyabr 2019 16:15

Ötən gün axşam saatlarında işlədiyi yanacaq doldurma məntəqəsindən çıxıb yolu keçmək istəyən xadimə qadını maşın vuraraq öldürüb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, VAZ-21011 markalı avtomaşının sürücüsü 63 yaşlı Sabirabad rayon sakini Zemfira Qurban qızı Abışovanı vurduqdan sonra hadisə yerindən qaçıb.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hazırda Sabirabad polisi tərəfindən hadisə yerindən qaçan sürücünün tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Milli.Az