İris konfetinin hazırlanması - Usta öz sirlərini açır - VİDEO

20 Oktyabr 2019 17:49

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "lavanda618" adı ilə məşhur olan səhifəyə istinadla iris konfetininnecə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Şəkər tozu 175 qram, quru süd 125 qram, su 50 millilitr, kərə yağı 20 qram

Hazırlanması:

Şəkər tozunun yarısını qazana töküb ocağa qoyuruq. Şəkər əriyən kimi suyu tökürük ki, yapışmasına çalışırıq və şəkər tozunun qalanını əlavə edib əridirik.

Şəkər tozu tamam əridikdən sonra yağı əlavə edirik. Bir az qarışdırıb ocağı söndürürük. Soyuduqdan sonra quru südü töküb yaxşıca qarışdırırıq. Daha sonra hazır olan qarışığı tort şiprizi ilə əvvəlcədən hazır qoyduğumuz yağlı kağızın üzərinə əlavə edirik. Quruduqdan sonra irisləri saxlayacağınız qaba yığa bilərsiniz.

Nuş olsun!

Milli.Az